Rusiya və Ukrayna nümayəndələri aprelin 15-16-da Türkiyədə görüşəcəklər.
Viral.az “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Tərəflər Ankarada bir araya gələcəklər.
Son Yazılar:
- Nigeriyada tikintisi gedən çoxmərtəbəli bina UÇDU
- Bişkekdə ənənəvi Azərbaycan əl işlərinin sərgisi KEÇİRİLƏCƏK
- Premyer Liqanın XXXI turunda “Sabah” “Səbail”ə qalib GƏLDİ
Görüş çərçivəsində Qara dənizin təhlükəsizliyinin müzakirə olunacağı gözlənilir. Nümayəndə heyətinə kimlərin rəhbərlik edəcəyi məlum deyil.
Türkiyə Milli Müdafiə Nazirliyi isə bildirib ki, aprelin 15-16-da Ankarada xarici ölkələrin hərbi nümayəndələri ilə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi məsələləri ilə bağlı görüş keçirəcək.
“Aprelin 15-16-da Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının qərargahında Rusiya və Ukrayna arasında mümkün atəşkəs fonunda Qara dənizdə təhlükəsizlik məsələləri ilə bağlı toplantı keçiriləcək. Xarici ölkələrin hərbi nümayəndələrinin iştirakı ilə Qara dənizdə sülhün qorunması üçün hərbi planlaşdırmanın dəniz aspekti müzakirə olunacaq”, – məlumatda vurğulanıb.