Azərbaycanda ən yaşlı qadın və kişi seçicinin adları açıqlanıb.
Son Yazılar:
- 5 il cavanlaşmaq istəyənlərə dəyərli MƏSLƏHƏT
- Buzlu suda çimmək faydalıdırmı? – ARAŞDIRMA
- B vitamininin faydaları və ÇATIŞMAZLIQLARI
Viral.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bugünkü iclasda deyib ki, ən yaşlı qadın seçici 78 saylı Lənkəran kənd seçki dairəsinin 38 saylı məntəqəsində qeydiyyatda olan 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızıdır.
M.Pənahov qeyd edib ki, ən yaşlı kişi seçici isə 28 saylı Sabunçu üçüncü seçki dairəsinin 47 saylı məntəqəsində qeydiyyatda olan 1915-ci il təvəllüdlü İbrahimov Hilal İsa oğludur.(Report)