Fransa Ermənistanla hərbi əməkdaşlıq forumu KEÇİRİR

İyunun 18-də “EUROSATORY” sərgisi çərçivəsində GICAT (Fransa Müdafiə və Təhlükəsizlik Sənayesi Təşkilatı) pavilyonunda Ermənistanın müdafiə ehtiyaclarına və Fransa ilə cari əməkdaşlığa həsr olunmuş Fransa-Ermənistan forumu keçiriləcək.

 

Viral.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, konfransa Ermənistanın müdafiə naziri Suren Papikyan da qatılacaq.

Son Yazılar:

 

Həmçinin Ermənistanın yüksək texnologiya və sənaye naziri Mxitar Hayrapetyan, GICAT üzvləri, eləcə də Fransa-Ermənistan Ticarət və Sənaye Palatasının üzvləri forumda iştirak edəcəklər.