Bu il azad olunmuş 5 rayonda yeni məktəblər açılacaq

İşğaldan azad edilmiş ərazilərdə 20-dən artıq məktəbin tikintisi davam edir.

 

Viral.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı deyib.

Son Yazılar:

 

O bildirib ki, bu ilin sentyabrında Şuşada, Xankəndidə, Xocalıda, Malıbəyli kəndində, Kərkicahan qəsəbəsində, Cəbrayılda, Kəlbəcərdə məktəblərin açılması planlaşdırılır:

 

“Növbəti mərhələlərdə köç planına uyğun onların da açılışı nəzərdə tutulur”.