Əmi, bibi, xala uşaqlarının nikahlarına qadağa qoyulması doğru addımdır, amma bunun birdən-birə qarşısını kəskin şəkildə almağı real hesab etmirəm.
Viral.az xəbər verir ki, bunu Milli Məclisin iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Son Yazılar:
- Ukrayna yanvarda ABŞ-dən sülh planı gözləyir
- İstanbul boğazında gəmilərin hərəkəti DAYANDIRILDI
- On minlərlə ev və iş yeri işıqsız qaldı
Deputat bildirib ki, bu, bizim ənənədir: “Bizim Kitabi-Dədə Qorqud dastanımız var. Biz köklərimizə istinad ediriksə, köklərimizdən birdən-birə imtina edə bilmərik. Təbliğat vasitəsilə camaatı bu ənənədən uzaqlaşdıra bilərik. Birdən-birə biz onlara bu qaydaları tətbiq edə bilmərik”.
Siyavuş Novruzov dini nikahlarla bağlı məsələyə də toxunub: “Dünyanın hər yerində bütün krallar nikaha girəndə birinci kilsəyə gedir, uşaq doğulur, birinci kilsəyə gedir. Guya biz hamıdan qabağa düşürük?! Dini nikah Allahın razılığıdır. Birinci Allah razı olmalıdır, dini nikah bağlanmalıdır, sonra rəsmi nikah”.