Nikah üçün tibbi müayinə qaydaları sərtləşdirilməlidir

“Bu ilin 4 ayında nikah bağlayanların sayı 14 min, boşananların sayı isə 7 min olub. Hesab edirəm ki, boşanmaların səbəbləri içərisində minimum 30 faizi tibbi müayinə ilə bağlı məsələnin ciddi şəkildə əməl olunmaması ilə bağlıdır”.

 

Viral.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib. Onun sözlərinə görə, onlarla ailə var ki, ailə qurandan iki ay sonra fərdlərdən birinin ağır xəstəliyə düçar olduğu bəlli olur:

Son Yazılar:

 

“Bir ailənin sütunu başdan dağılmış vəziyyətə gəlib çıxır. Söhbət boşanmadan, ayrılmadan getmir. İki nəsil arasında böyük problemlər yaşanmış olur. Tibbi müayinə ilə bağlı qaydalar ciddi şəkildə sərtləşdirilməlidir”.