Meyn Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədovun təşkilatçılığı ilə Meyn ştatında 15 iyun – Milli Qurtuluş Gününə və Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Viral.az xəbər verir ki, aksiyada əkilən ağacların yanında “Meyn Azərbaycan Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Prezidenti (1993-2003) Heydər Əliyevin (1923-2003) xatirəsi şərəfinə Meyn Azərbaycan Cəmiyyəti tərəfindən əkilmişdir”, “Tarix və insanlar qurucu və yaradıcıları həmişə yüksək qiymətləndirirlər” – Heydər Əliyev, “Kökləri ağacın böyüməsi üçün dayanıqlığı təmin etdiyi kimi, Heydər Əliyev də vətəndaşlarının çiçəklənməsi üçün Azərbaycanın stabilliyini təmin etdi” sözlərinin həkk olunduğu lövhələr quraşdırılıb.
Son Yazılar:
- Həbs qərarına Netanyahunun ofisindən CAVAB
- Rusiya Ali Radaya zərbə endirəcək
- Damarları yağlı qidalardan qorumaq üçün nə içək?