Daha 254 hərbçinin meyiti Ukraynaya qaytarılıb

Repatriasiya tədbirləri nəticəsində müharibədə həlak olan 254 ukraynalı hərbçinin meyiti qaytarılıb.

 

Viral.az xəbər verir ki, bu barədə Ukraynanın Hərbi Əsirlər üzrə Koordinasiya Qərargahının “Telegram” hesabında məlumat verilib.

Son Yazılar:

 

“Donetsk istiqamətində döyüşlərdə həlak olan 221, Zaporojye istiqamətində döyüşlərədə həlak olan 25, Luqansk istiqamətindən həlak olan 4 ukraynalı hərbçinin meyitlərini, eyni zamanda Rusiya ərazisindəki morqlardan təhvil alınmış 4 əsgərin meyitini vətənə gətirmək mümkün olub. Ukrayna Silahlı Qüvvələri repatriasiya edilmiş cəsədləri və qalıqları müvafiq dövlət qurumlarına verəcək və hüquq-mühafizə orqanlarının nümayəndələri və məhkəmə-tibb ekspertləri həlak olanların şəxsiyyətini müəyyənləşdirəcəklər. Müdafiəçilərimizin cənazələri şəxsiyyəti müəyyənləşdirildikdən sonra ləyaqətlə dəfn olunmaq üçün ailələrinə təhvil veriləcək”, məlumatda qeyd olunub.