“Prezident Salome Zurabişvilinin təklif etdiyi Xartiyaya qoşulacaq bütün partiyalar liberalizmin arxasında gizlənən faşistlərdir”.
Son Yazılar:
- Kəlbəcərdə 3,7 maqnitudalı zəlzələ OLDU
- Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə ETDİ
- Almaniyada məktəblərə təhdid dolu mesajlar
Viral.az xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının baş katibi, paytaxt Tiflisin meri Kaxa Kaladze bildirib.
O, prezidentin Gürcüstanı Avropa yoluna qaytarmaq təşəbbüsünü “vahid milli hərəkat” və “müharibə partiyası” ilə əlaqələndirməyə çalışıb.
“Milli Hərəkatın özəyindən yaranan bu siyasi partiyalar bu gün müxtəlif adlar altında fəaliyyət göstərə bilər, lakin onlar bir əldən idarə olunan bir komandadır və prezidentin elan etdiyi qərar bunun təsdiqidir”, – Kaladze belə deyib.
Merin sözlərinə görə, Xartiyanın məzmunu onu maraqlandırmır, çünki ona hər şey artıq aydındır.