Özbəkistanın paytaxtı Daşkənd şəhərinin baş planının hazırlanması başa çatıb.
Viral.az xəbər verir ki, bu barədə “Kun.uz” məlumat yayıb.
Son Yazılar:
- “Rusiyada səfərbərliyə ehtiyac yoxdur” – Peskov
- Oğlumun canına and olsun ki, 100 min də versən, bunu etmərəm
- Dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma 24 %-ə yaxın ARTIB
“Mən deyə bilmərəm ki, bu, yaxın vaxtlarda, 1-2 ay ərzində açıqlanacaq, lakin qısa müddətdə Daşkənd şəhərinin baş planı təsdiqlənərək icraya qəbul olunacaq”, – deyə Tikinti Nazirliyinin nümayəndəsi bildirib.
Tikinti və Mənzil-Kommunal Təsərrüfat Sahələrinə Nəzarət Müfəttişliyinin rəisi Kozim Tulaqanov bildirib ki, baş plan Nazirlər Kabinetində hələ də müzakirə olunur.
Daşkənd Şəhər Tikinti İdarəsinin memarı Şavkat Dustmuhammedov baş planın təsdiqinin niyə yubandığını izah edərək, ona yeni konsepsiyaların daxil edildiyini deyib.
“Daşkənd şəhəri üçün bütöv bir konsepsiya hazırlanmışdı, təbii ki, Yeni Daşkənd də daxil idi və vahid kompleksə çevrildi. Zamanla ayaqlaşan sənəd hazırlanıb və indi təsdiq olunur”, – deyə Dustmuhammedov bildirib.