Emin 4 il əvvəl boşandığı modellə yenidən evləndi 

Müğənni, biznesmen Emin Ağalarov model Alyona Qavrilova ilə ikinci dəfə ailə həyatı qurub.

 

Son Yazılar:

Viral.az xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yayılıb.

 

Onlar ötən gün Moskvadakı sarayların birində yenidən nikaha daxil olublar.

 

Xatırladaq ki, Emin Ağalarov və Alyona Qavrilova 2018-ci ildə ailə həyatı qurub, 2019-cu ildə onların Afina adlı qızları dünyaya gəlib. 2020-ci ildə cütlük ayrılmaq qərarına gəlib. 2021-ci ildə onlar yenidən birlikdə görünməyə başlayıblar, 2022-ci ildə isə müğənni müsahibəsində bildirib ki, Alyona ilə barışıblar.