Mayın 27-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Azərbaycan və Serbiya Müdafiə nazirliklərinin hərbi-mülki əməkdaşlıq (CIMIC) üzrə ekspertlərinin görüşü keçirilib.
Müdafiə Nazirliyindən Viral.az-a verilən xəbərə görə, qonaqlara Azərbaycan Ordusunda hərbi-mülki əməkdaşlıq istiqamətində həyata keçirilən tədbirlər, həmçinin bu sahədə qazanılan beynəlxalq təcrübə barədə ətraflı məlumat verilib.
Son Yazılar:
- “Yalı çapkını” final edə bilər
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
- Əhaliyə vacib XƏBƏRDARLIQ – Dünən gecədən başlayıb, 1 həftə davam edəcək
Serbiyalı nümayəndələr öz növbələrində CIMIC proqramının əhəmiyyətini qeyd edib və bu istiqamətdə görülən işlərdən danışıblar.
Sonda təqdim olunan brifinqlər ətrafında müzakirələr aparılıb və qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.