Balıq tutmaq istəyirdi, qarmaq ürəyinə batıb öldü…

Kür çayında balıq tutan şəxs bədbəxt hadisə nəticəsində aldığı xəsarətdən dünyasını dəyişib.

Viral.az “Report”a istinadən xəbər verir ki, hadisə çayın Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü O.Mamayev qardaşı ilə birgə balıq tutarkən ehtiyatsızlıqdan yıxılıb və əlindəki metal qarmaq onun ürəyinə batıb. O, aldığı xəsarətdən dünyasını dəyişib.

Son Yazılar:

Faktla bağlı araşdırma aparılır.