Biləsuvarda yol qəzası – Xəsarət alanlar var 

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

Viral.az-ın məlumatına görə, hadisə rayonun Ağalıkənd kəndində qeydə alınıb.

Son Yazılar:

 

Belə ki, “BMW” markalı minik avtomobili yolun kənarında dayanan “Niva” markalı minik avtomobilinə çırpılıb. Zərbənin təsirindən “Niva” aşıb.

 

Hadisə nəticəsində iki nəfər rayon sakini, 1998-ci il təvəllüdlü Vüqar Hüseynov və 1977-ci il təvəllüdlü Raqib Əliyev müxtəlif bədən xəsarətləri alıb.

 

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.