İsraildən “Hizbullah” obyektlərinə zərbələr

İsrail qırıcıları Livanın “Hizbullah” hərəkatının hərbi qurğularına və obyektlərinə zərbələr endiriblər.

 

Viral.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Son Yazılar:

 

“Bir qədər əvvəl qırıcılar “Hizbullah”ın Aytarun ərazisindəki terror obyektlərinə, o cümlədən silah anbarına və hərbi qurğulara zərbələr endirdilər”, – açıqlamada deyilir.

 

“Bundan əlavə, “Hizbullah”ın Çixin rayonundakı terror infrastrukturu, eləcə də Livanın cənubundakı Ayta-eş-Şab ərazisindəki hərbi obyekti də zərbələrə məruz qalıb”, – mətbuat xidmətindən bildirilib.