Müttəfiqlər Ukraynaya verilən vədləri yerinə yetirmir

“NATO müttəfiqləri Rusiya işğalçılarına qarşı müharibədə müdafiə üçün Ukraynaya verdikləri vədləri yerinə yetirmirlər”.

 

Son Yazılar:

Viral.az UNIAN-a istinadən xəbər verir ki, bunu Alyansın baş katibi Yens Stoltenberq bildirib.

 

“Problem ondadır ki, biz son aylarda Ukraynaya vəd etdiyimizi çatdırmadıq. ABŞ 6 ay ərzində yeni yardım paketini razılaşdırdı. 1 milyon döyüş sursatı vəd edən avropalı müttəfiqlər bu məbləğə yaxın heç nə çatdırmadılar”, – Stoltenberq deyib.

 

O vurğulayıb ki, Ukraynaya əlavə bir “Patriot” sistemi təhvil verən Almaniya istisna olmaqla, müttəfiqlər hava hücumundan müdafiə ilə bağlı vədlərini yerinə yetirməyiblər.