İstanbulda qurbanlıq öküz fəlakətə səbəb olub.
Viral.az lent.az-a istinadən xəbər verir ki, qəbiristanlığa qaçan öküz iki nəfəri yaralayıb, məzarları ziyarət etməyə gələnlər anonsla təxliyyə edilib.
Öküzü uzun müddət yaxalaya bilməyiblər.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Heyvan qəbiristanlıqda gül satan qadını və salfet satan uşağı yaralayıb. Daha sonra məzarların üstünə çıxıb.
Hadisə yerinə bələdiyyənin qrupu gəlib. İki nəfərin xəsarət alması səbəbindən hadisə yerinə gələn sağlamlıq qrupları yaralıları təcili tibbi yardım maşını ilə yaxınlıqdakı xəstəxanaya çatdırıblar. Polis qrupları, bələdiyyə qrupları və vətəndaşlar əsəbiləşən öküzün qarşısını almağa çalışıb. Lakin öküzü zərərsizləşdirmək mümkün olmayanda bələdiyyə komandası işə qarışıb.
Heyvana uyuşdurucu iynə atsalar da, qəzəbli öküz qaçmağa davam edib. Daha bir neçə iynə vurulduqdan sonra öküz yıxılıb və komanda tərəfindən nəzarət altına alınıb. Daha sonra öküz sahibinə qaytarılıb.