Türkiyədə təbii qaz hasilatının həcmi 2023-cü ilin yekunlarına görə 807,3 milyon kubmetrə çatıb ki, bu da ötən ilin göstəricisindən 113 faiz çoxdur (379,8 milyon kubmetr).
Viral.az Türkiyə Enerji Bazarının tənzimlənməsi İdarəsinin (EPDK) məlumatlarına istinadən xəbər verir ki, hasilatın artması Türkiyənin Qara dəniz sektorundakı Sakarya yatağının aktiv işlənməsi ilə əlaqədardır, oradan hasil edilən mavi yanacaq 2023-cü ilin sentyabrından ölkənin qaz paylama sisteminə daxil olur.
Son Yazılar:
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
- Əhaliyə vacib XƏBƏRDARLIQ – Dünən gecədən başlayıb, 1 həftə davam edəcək
- 2024-cü ildə rekord sayda humanitar işçi ölümü qeydə alınıb
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bir müddət əvvəl bildirmişdi ki, bu ilin may ayına qədər Qara dənizdə qaz hasilatı sutkada 5 milyon kubmetr səviyyəsinə çatacaq.
Ümumiyyətlə, bu gün Türkiyənin on əyalətində qaz hasilatı aparılır. Birinci yerdə qazın Qara dənizdən ötürüldüyü Zonquldakdır, sonuncu yerdə isə gündə 4 min kubmetrlik hasilat həcmi olan Hatay gəlir.