İsveçrədə iki gün davam edən Ukrayna üçün sülh sammiti başa çatıb.
Viral.az-ın məlumatına görə, sammitin yekunlarına dair birgə kommünike qəbul edilib.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Sammitin yekun bəyannaməsini 101 nümayəndə heyətindən 84-ü (80 ölkə və 4 təşkilat) dəstəkləyib.
Yekun sənəddə Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh düsturunun üç bəndi yer alıb.
Yekun sənəddə nəzərdə tutulan əsas məsələlər aşağıdakılardır:
Ukraynanın atom elektrik stansiyaları, xüsusən də Zaporojye Ukraynanın və MAQATE-nin nəzarəti altında işləməlidir;
Ukraynanın kənd təsərrüfatı məhsulları maraqlı üçüncü ölkələrə təhlükəsiz və sərbəst şəkildə çatdırılmalıdır. Ukraynanın Qara və Azov dənizlərindəki limanlara çıxışı bərpa edilməlidir;
Hər iki tərəfdən olan bütün hərbi əsirlər tam mübadilə yolu ilə azad edilməli və Rusiyaya aparılan ukraynalı uşaqlar öz vətənlərinə qaytarılmalıdır.
Kommunikedə deyilir ki, sülhə nail olmaq üçün münaqişənin bütün tərəfləri arasında dialoq lazımdır. Bu məqsədlə gələcəkdə sənəddə göstərilən məqamların bütün tərəflərlə müzakirəsi nəzərdə tutulur.
Sənədi imzalamaqdan imtina edənlər arasında Ermənistan, Slovakiya, Cənubi Afrika Respublikası, Hindistan, Vatikan, imzalayanlar arasında Türkiyə, Serbiya və Macarıstan var.
Zelenski İsveçrənin Bürgenstok şəhərində keçirilən sammitin yekunlarına dair mətbuat konfransı zamanı növbəti belə görüşün bir neçə aydan sonra keçirilməli olduğunu bildirib.
“Uzun iş üçün vaxtımız yoxdur. Tez hərəkət etməliyik. İş illər deyil, aylar çəkməlidir. Sülh fəaliyyət planı hazır olduqda və hər bir addım işlənib hazırlandıqda, ikinci sülh sammitinin keçirilməsinə yol açılacaq”, – deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, artıq ikinci sammitdə iştirak etmək istəyən dövlətlər var və Ukrayna hakimiyyəti artıq bu dövlətlərlə danışıqlar aparır.
Rusiya sammitdə iştirak etməyib, lakin Ukrayna hakimiyyəti qeyd edib ki, gələcəkdə Rusiya tərəfi danışıqlara dəvət oluna bilər. Sammitdən sonra keçirilən mətbuat konfransında Zelenski bildirib ki, Moskva ərazi bütövlüyünə hörmət edərsə Ukrayna sabah Rusiya ilə danışıqlara başlamağa hazırdır.