Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Səfər çərçivəsində təhsil ocaqlarında Kamal Abdulla ilə bir sıra görüşlər keçirilib.
Son Yazılar:
- Ağalarovun Əminə ilə yeni görüntüsü – VİDEO
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
- “Yalı çapkını” final edə bilər
Əvvəlcə Naxçıvan Dövlət Universitetində keçirilən görüşdə universitetin rektoru Elbrus İsayev qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.
Naxçıvan Dövlət Universitetinin həm Azərbaycan Dillər Universiteti, həm də Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu ilə birgə əməkdaşlığının mühüm nəticələri barədə məlumat verilib.
Bildirilib ki, ADU ilə imzalanan əməkdaşlıq müqaviləsinə əsasən doktorant və magistrantların elmi tədqiqatları, müvafiq elm sahələri üzrə müdafiəyə hazırlaşan hər bir əməkdaşın elmi fəaliyyətinin inkişafında ali təhsil ocağı öz dəstəyini əsirgəmir.
Görüşün sonunda NDU-nun Tələbə teatr studiyasının təqdimatında Kamal Abdullanın “Bir, iki, bizimki” əsəri əsasında hazırlanan tamaşa nümayiş olunub. Kamal Abdulla yaradıcılığına göstərilən xüsusi diqqət üçün NDU rektoru başda olmaqla, bütün kollektivə öz təşəkkürünü bildirib.
Səfər çərçivəsində növbəti görüş Naxçıvanın Şahbuz rayon Kükü kənd orta məktəbində olub.
Məktəbin direktoru Mayis Məmmədov qonaqları salamlayıb, onları məktəbdə görməkdən məmnun olduğunu bildirib.
Söylənilib ki, bu il muxtariyyətin 100 ilində məktəbin də 100 yaşı tamam olur. 1924-cü ildə fəaliyyətə başlamış Şahbuz rayon Kükü kənd tam orta məktəbinin 100 illik yubileyinin keçirilməsi haqqında verilmiş qərarın təhsilə göstərilən diqqətin xüsusi təzahürü kimi qeyd olunub.
Görüş zamanı Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla məktəb illərindən, tələbəlik həyatından, pedaqoji fəaliyyətindən söz açıb.
Qonaq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının sədri kimi Azərbaycan xalqının həyat tərzi olan multikulturalizm barədə müəllim və şagirdlərə məlumat verib.
Qeyd edilib ki, ölkəmizdə multikultural dəyərlər son dərəcə yüksək qiymətləndirilir. Bu, həm Azərbaycan dövlətinin apardığı siyasətin tərkib hissəsidir, həm də xalqımızın canından, qanından gələn hisslərdir.
Bildirib ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev başqa dinin nümayəndələrinə, digər millətlərə hər zaman böyük hörmətlə yanaşıb. Kamal Abdulla müəllifi olduğu kitabları məktəbin kitabxanasına hədiyyə edib.
Daha sonra Kamal Abdulla ilə görüş Nehrəm kənd 2 nömrəli tam orta məktəbdə baş tutub.
Görüşdə AMEA-nın Folklor İnstitunun direktoru, akademik Muxtar İmanov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov, məktəb rəhbərliyi, kollektiv və şagirdlər iştirak ediblər.
Çıxış edənlər bildirib ki, bu gün təşkil olunan görüş məktəb kollektivi və şagirdlər üçün unudulmaz xatirələrlə yadda qalacaq.
Kamal Abdulla Nehrəm kəndinin tarixi, uğurları haqqında fikirlərini bölüşüb, müəllifi olduğu “Heydər Əliyev və multikultural təhlükəsizlik” kitabını oxuculara təqdim edib.
Qeyd olunub ki, müasir dövrdə Heydər Əliyev idealları etibarlı, münbit zəmində inkişaf etdirilir. Bunun müəllifi onun siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti, qalib Ali Baş Komandan İlham Əliyevdir. Ulu Öndərin ideyalarını və irsini mükəmməl mənimsəyən, onların həyata keçirilməsində yeni-yeni uğurlar qazanan İlham Əliyev çağdaş zamanımızda multikultural dəyərlərin himayəçisi kimi çıxış edir. Azsaylı xalqların, dini konfessiyaların hüquqlarının qorunmasında, mədəni müxtəlifliyin saxlanılmasında, Azərbaycanın multikultural həqiqətlərinin qlobal miqyasda təqdimində Prezident İlham Əliyevin cahanşümül fəaliyyəti göz önündədir.
Eyni zamanda “Mifologiya elçisi Kamal Abdulla ərməğanı” kitabı məktəbə hədiyyə edilib.