Xalq artisti Niyaməddin Musayev sosial şəbəkələrdə polis tərəfindən saxlanması ilə bağlı yayılan görüntüyə aydınlıq gətirib.
Viral.az xəbər verir ki, müğənni “qaynarinfo”ya açıqlamasında hüquq-mühafizə orqanlarına minnətdarlığını bildirib:
“Mən bulvara idmana gedirəm. Orada avtomobili saxlayanda 20 manat cərimə olunur. İkincisi, əgər telefonla xəbər edirsənsə, o zaman 20 manat deyil, 1 manat yazılır. Mən də telefonla müraciəti bilmirdim. Buna görə onlara müraciət etdim, onlar da mənə prosedurları başa saldı. Sağ olsunlar mənə kömək etdilər”.
Son Yazılar:
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
- Əhaliyə vacib XƏBƏRDARLIQ – Dünən gecədən başlayıb, 1 həftə davam edəcək
- 2024-cü ildə rekord sayda humanitar işçi ölümü qeydə alınıb
Niyaməddin Musayev hər şeydən şou düzəldən insanlara mesaj ünvanlayıb:
“Şou yaradılar ki, cəmiyyəti çaşdırsınlar. Mənim əxlaqım düzdür, dövlətin qanunlarına riayət edirəm. Şəxsiyyətimə də hörmət edirəm”.