Futbol üzrə Avropa çempionatının F qrupunda yarışan Türkiyə millisinin Gürcüstanla keçirəcəyi sabahkı oyunu idarə edəcək hakimlər məlumdur.
Viral.az xəbər verir ki, matçı Argentinadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Fakundo Telyo olacaq. Ona yan xətt hakimləri Qabriel Çade və Ezekiyel Braylovski kömək edəcəklər. Dördüncü hakim funksiyasını litvalı Donatas Rumşas yerinə yetirəcək.
Son Yazılar:
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
- Əhaliyə vacib XƏBƏRDARLIQ – Dünən gecədən başlayıb, 1 həftə davam edəcək
- 2024-cü ildə rekord sayda humanitar işçi ölümü qeydə alınıb
Oyunun VAR hakimi ispaniyalı Alexandro Ernandes, onun köməkçiləri həmyerlisi Xuan Martines Manuera və ingiltərəli David Kute olacaq.
Qeyd edək ki, iyunun 18-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.