Sabah – iyunun 18-də Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılacaq.
Viral.az xəbər verir ki. püşkatmada Azərbaycanı bu yarışda təmsil edən “Zirə” klubun da rəqibi məlum olacaq.
Paytaxt klubunun potensial rəqibləri “Şerif” (Moldova), “Maribor” (Sloveniya), “Tobol” (Qazaxıstan), “Visla” (Polşa), “Pafos” (Kipr) və “Pakş”dır (Macarıstan).
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
“Zirə” klubun baş məqşçisi Rəşad Sadıqov bu barədə danışıb:
“Biz püşkün nəticəsini səbirsizliklə gözləyirik. Allahdan bizə, “Qarabağ”, “Sabah” və “Sumqayıt”a xeyirli rəqib diləyirəm. İnşallah, hər 4 komandamız mərhələ keçər, ən azı qruplara 2 komandamız qalar. Bu, Azərbaycan futbolunun inkişafı üçün bir təkan olar. Biz rəqib seçmirik, amma 6 potensial rəqibdən hansı xeyirlidirsə, o düşsün”.