Müəllimlərin 21, 22, 24 iyun tarixlərində keçiriləcək sertifikatlaşdırma prosesinin test imtahanlarının harada keçirləcəyi açıqlanıb.
Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin keçiriləcəyi imtahan mərkəzləri respublikanın 18 şəhər və rayonundakı 27 məktəbdə təşkil olunacaq.
Son Yazılar:
- Türkiyədə kibertəhlükəsizlik üzrə idarə YARADILACAQ
- Kolleclərin boş qalan plan yerlərinə qəbul elan EDİLDİ
- Qar qəfil yağacaq: Sinoptiklər xəbərdarlıq etdi
Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının qərarına əsasən, həmin tarixlərdə bu il ilk dəfə prosesə cəlb olunacaq riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri imtahan verəcəklər.
21, 22, 24 iyun tarixlərində keçiriləcək sertifikatlaşdırma prosesinin test imtahanlarının yeri aşağıdakı şəkillərdə göstərilib: // modern.az