İkinci dəfə “Qalatasaray” İdman Klubunun prezidenti olan Dursun Özbek var–dövləti ilə maraq doğurur.
Viral.az xarici mediaya istinadən xəbər verir ki, o, tanınmış iş adamıdır. Xüsusilə avtomobil və turizm sektorlarında mühüm rol oynayır.
Türkiyənin ən varlı adamları sırasında olduğu üçün hər il Forbes jurnalında onun haqqında məqalə dərc olunur.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
Özbek Qalatasaray Liseyini və İstanbul Texniki Universitetinin maşın mühəndisliyi fakültəsini bitirib.
1974-cü ildən bəri avtomobil sektorunda fəaliyyət göstərir.
1988-ci ildən isə İstanbul və Ankarada Nippon və Point Hotel şəbəkələri, Antalyada isə Kimeros və Mabiçe otelləri ilə turizm sektorunda həm investor, həm də sahibkar kimi fəaliyyət göstərir.
Mesude Özbeklə ailəlidir. Cütlüyün Gökhan Özbek və Neslihan Özbek adlı iki övladı var.