2024-cü ilin yanvar-may aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 27,1 milyard manat təşkil edib.
Viral.az xəbər verir ki, bu göstəricinin həcmi 2023-cü ilin yanvar-may aylarına nisbətən müqayisəli qiymətlərlə 3,9% artıb.
Qeyd edək ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 3,8% artaraq 26 milyard manata bərabər olmuş, onun 43,9%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 531,5 manat və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 19,9 manat çox vəsait xərcləyib.