“Rusiya diplomatlarının Polşada hərəkətinin məhdudlaşdırması ilə bağlı elə cavab tədbirləri görüləcək ki, rusofob Polşa elitası bundan çox peşman olacaq”.
Viral.az xəbər verir ki, bu sözləri TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Son Yazılar:
- İcra başçısının birinci müavini məhkəmədə vətəndaşa UDUZDU
- Bu ölkədə göyöskürək epidemiyası elan EDİLDİ
- Premyer Liqada XIV tura bu gün start VERİLƏCƏK
“Təfərrüatlar hələ də məlum deyil, Polşa Xarici İşlər Nazirliyindən verilən qərarın təfərrüatları ilə bağlı nota açıqlanıb”, – deyən diplomat əlavə edib ki, “rusofobiyada boğularaq atılan növbəti anti-Rusiya addımlarına görə çox təəssüflənəcəklər”.
Qeyd edək ki, bu gün Polşanın xarici işlər naziri Radoslav Sikorski rusiyalı diplomatların hərəkətinə məhdudiyyətlər tətbiq edildyini bəyan edib.
O vurğulayıb ki, Rusiya səfirliyinin diplomatları yalnız paytaxt regionu – Mazoviya Voyevodalığında hərəkət etdəcəklər.
Sikorskinin sözlərinə görə, tədbirlər Rusiya səfiri Sergey Andreyevə təsir etməyəcək.
Polşadakı Rusiya konsulluqlarının əməkdaşlarının hərəkəti yalnız işlədikləri bölgələrlə məhdudlaşacaq.
Polşa Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, məhdudiyyətlər Rusiya Federasiyasının Polşaya qarşı hərəkətlərinə cavab olub.
Sikorski qeyd edib ki, oxşar tədbirlər hər bir Aİ ölkəsində milli səviyyədə tətbiq olunur.
(redaktor.az)