Britaniyalı bir qadında yumurtalıq xərçənginin simptomları aylarla koronavirusla səhv salınıb. Britaniyalı qadın Leanne-nin hekayəsini bacısı Natali Uayld danışıb.
Viral.az xəbər verir ki, onun materialını “The Sun” nəşr edib.
Son Yazılar:
- Bakıda 16 yaşlı qız itkin DÜŞDÜ
- 8-ci sinif şagirdi HELİKOPTER maketi hazırladı – VİDEO
- Tanınmış xanəndə vəfat etdi – FOTO
Onun sözlərinə görə, bacısı ilk dəfə 2020-ci ilin aprelində özünü pis hiss edib. Həkimlər onun vəziyyətini koronavirusun simptomları ilə səhv salıblar.
“O, elə ağır nəfəs alırdı ki, sanki 90 yaşı var idi və ömrü boyu siqaret çəkmişdi. Sonrakı 20 ay ərzində üç dəfə ona koronavirusa yoluxduğu bildirilib”, – Leanne-nin bacısı qeyd edib.
2021-ci ilin noyabr ayında Leanne işdə çətinlik çəkdiyi üçün işdən ayrılıb və vəziyyəti daha da pisləşib. Bunun ardınca şiddətli ürəkbulanma və susuzlaşdırma ilə xəstəxanada yerləşdirilib. Orada məlum olub ki, britaniyalı qadının daha əvvəl əlaqə saxladığı həkimlər diaqnozu qarışdırıb, ona səhv müalicə ediblər. Xəstəxanada ona yumurtalıq xərçəngi diaqnozu qoyulub və metastazların artıq bədəninə yayıldığını öyrənib. Diaqnozdan sonra 39 yaşlı qadın cəmi 8 gün yaşayıb.
(redaktor.az)