Bakıda eyvandan insanların başına qab-qacaq atıldı: Polis hərəkətə keçdi

Sosial şəbəkələrdə çoxmərtəbəli binanın eyvanından avtomobil yoluna və piyada səkisinə əşyaların atılmasını əks etdirən görüntülər paylaşılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Viral.az-a bildirib ki, görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb və həmin əşyaları avtomobil yoluna atan şəxsin autizmdən əziyyət çəkən 8 yaşlı uşaq olması müəyyən edilib.

Azyaşlının valideynləri ilə söhbət aparılmaqla övladlarını nəzarətsiz buraxmamaları onların diqqətinə çatdırılıb.

Son Yazılar: