Çempionlar Liqasında mövsümün ilk püşkü atıldı

Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.

 

Viral.az xəbər verir ki, 2024/2025 mövsümünün ilk püşkündə 28 komanda 14 cüt təşkil edib.

Son Yazılar:

 

Mərasimdə azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geydiyi Albaniyanın “Eqnatiya”nın da rəqibi bilinib. Onlar ilk mərhələdə Bosniya və Herseqovinanın “Borats” klubu ilə qarşılaşacaqlar.

 

Bu mərhələnin ilk oyunları iyulun 9-10-da keçiriləcək. Cavab görüşləri 16-17-də baş tutacaq.

 

I təsnifat mərhələsi

“Slovan” – “Struqa”
TNS – “Deçiç”
“Borats” – “Eqnatiya”
“Hamrun” – “Linkoln”
“Balkani” – “Santa Koloma”
“Flora” – “Selye”
“Klaksvik” – “Differdanj”
“Panevejis” – HİK
RFŞ – “Larne”
“Vikinqur” – “Şemrok Rovers”
“Virtus” – “Styaua”
“Lüdororets” – “Dinamo” Bt
“Ordabası” – “Petrokub”
“Dinamo” Mn – “Pünik”

 

Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” II təsnifat mərhələsindən mübarizəyə başlayacaq.