İyunun 18-də ölkəmizdə səfərdə olan Macarıstan Milli Assambleyasının Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Ağdamda olublar.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Viral.az-a verilən məlumata görə, qonaqlar burada erməni vandalizminin izləri, həmçinin şəhər işğaldan azad ediləndən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olublar.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Sonra nümayəndə heyəti Ağdam Cümə məscidində olub, şəhərin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların qalıqlarına baxıb. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı onlara işğalçı Ermənistanın 30 il ərzində Ağdam rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları, o cümlədən mədəni, tarixi, dini abidələri məhv etmələri barədə məlumat verib. Bildirilib ki, erməni vandalları işğal etdikləri digər şəhər və kəndlər kimi Ağdam şəhərini də talayıb və yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb.
Daha sonra Prezidentin xüsusi nümayəndəliyinin düşərgəsinə gələn nümayəndə heyətinə Ağdam şəhərinin Baş planına uyğun olaraq həyata keçirilən və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verilib. Qonaqları Milli Məclisin deputatı, Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Nəsirov müşayiət edib.