Almaniyada keçirilən AÇ-2024 davam edir.
Viral.az xəbər verir ki, bu gün Türkiyə yığması mübarizəyə başlayacaq.
F qrupunda yer alan “ay ulduzlular” AÇ-yə sürpriz edərək qatılan Gürcüstan yığması ilə üz-üzə gələcək.
Son Yazılar:
- Bir ay şəkərsiz yaşasaq nə olar?
- Fəlsəfə doktoru qəfil vəfat ETDİ
- Kəlbəcərdə 3,7 maqnitudalı zəlzələ OLDU
Matçın start fiti 20:00-da veriləcək.
Qrupun digər matçında Portuqaliya Çexiya ilə qarşılaşacaq. Bununla da AÇ-də qrup mərhələsinin ilk turuna yekun vurulacaq.
AÇ-2024
F qrupu
1-ci tur
20:00. Türkiyə – Gürcüstan
23:00. Portuqaliya – Çexiya
***
Türkiyə və Gürcüstan komandalarının start heyətləri bəlli olub.
Türkiyə: Mert Günok, Samet Akaydın, Orkun Kökcü, Arda Güler, Hakan Çalhanoğıu (kapitan), Abdülkerim Bardakçı, Mert Müldür, Kenan Yıldız, Ferdi Kadıoğlu, Barış Alper Yılmaz, Kaan Ayhan
Baş məşqçi: Vinçenzo Montella
Gürcüstan: Mamardaşvili, Kakabadze, Dvali, Kaşia, Kverkvelia, Koçoraşvili, Kvaratsxelia, Çakvatdze, Mekvabişvili, Tsitaişvili, Mikautadze
Baş məşqçi: Villi Sanyol