İsrail Livanda döyüş planını təsdiqlədi

İsrail ordusu iyunun 18-də Livanda hücum üçün döyüş planlarını təsdiqləyib.

 

Viral.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Son Yazılar:

 

“Vəziyyətin qiymətləndirilməsi çərçivəsində Livanda hücum üçün hərbi planlar təsdiq edilib və yerlərdə qoşunların döyüş hazırlığının artırılmasının davam etdirilməsi barədə qərarlar qəbul edilib”, – açıqlamada bildirilir.

 

İsrailin xarici işlər naziri Eli Koen isə genişmiqyaslı müharibə olacağı təqdirdə Livan Hizbullahının məhv ediləcəyini bildirib.