Bu gün şəhid Mahmudov Nail Məqarif oğlunun şəhadətindən 26 il keçir.
Viral.az-ın məlumatına görə, Mahmudov Nail Məqarif oğlu 1979 cu ildə Çarhan kəndində anadan olub. 1997-ci ildə Akademik H.Nüseyinov adına Çarhan kand orta məktəbini bitirmişdir. O, bir il hazırlıq kursunda oxuduqdan sonra 1998-ci ildə orduya çağrılmışdır.
Nail Qarabağ bölgəsində mənfur ermənilərlə üzbəüz mövqedə yerləşən «N» saylı hərbi hissədə qulluq etmişdir. Onu da qeyd etmək lazımdır ki, bölgü üzrə əvvəl Bakı ətrafı hərbi hissələrdən birində xidmət etməli imiş. Lakin öz xahişi ilə o, cabhə bölgəsinə göndərilir. Günlərin birində ermənilər tərəfindən vurulan, lakin milli ordumuza məxsus olan tankı düşmən mövqeyindən çıxararkan minaya düşmüş və beləcə vətənin igid oğlunun ömrü yarımçıq qalmışdır. Bəli, minlərlə bu torpağın övladı kimi, Nail də vətən torpağı uğrunda gedən döyüşlərdə, ən yüksək zirvəyə, şəhidlik zirvəsinə ucaldı, Şamaxı şəhərindəki müqəddəs şəhidlər xiyabanının əbədi sakinlərindən biri də o oldu.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
Ailəsinin dediklərinə görə Nail evə, anasına-ailəsinə çox bağlı olub.Anasına güldən artıq söz deməmiş və deyilməyədə qoymamışdır. Bu qəhrəman övlad anasını sevdiyi kimi vətənini də sevdiyini öz canından keçərək sübut etmişdir. Vətəninə uzanan əlləri qırmışdır.
Bugün onun ruhu şaddır, çünki 30 il həsrətində olduğumuz torpaqlarımız geri qaytarılıb, qisası isə alınmışdır.
Allah rəhmət eləsin! // Qütb.az