Növbəti imtahan başlayır

Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024/2025-ci tədris ili üzrə təhsil alanların növbəti imtahan mərhələsi başlanır.

 

Nazirlikdən Viral.az-a bildirilib ki, qeydiyyatdan keçmiş namizədlər iyunun 20-dən başlayaraq əyani şəkildə keçiriləcək qəbul imtahanlarında iştirak edə biləcəklər. İmtahanın keçirilmə tarixi və məkanı barədə namizədlərə “MyCulture” vahid şəxsi kabinet (my.culture.az), elektron poçt və SMS vasitəsilə müvafiq bildirişlər göndərilib.

Son Yazılar:

 

Bununla yanaşı, namizədlər vətəndaş məmnunluğunun və məlumatlandırma səviyyəsinin yüksəldilməsi məqsədilə alternativ kimi yaradılmış //imtahan.culture.az resursuna daxil olaraq imtahan bildirişini əldə edə bilərlər.