Paşinyanın aparat rəhbəri Aİ səfiri ilə görüşüb

Ermənistanın Baş nazir aparatının rəhbəri Arayik Arutyunyan Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos ilə görüşüb.

 

Viral.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, həmsöhbətlər əməkdaşlığın gündəliyində duran bir sıra məsələləri, xüsusilə Aİ-nin dəstəyi ilə həyata keçirilən proqramları müzakirə ediblər.

Son Yazılar:

 

Cari il aprelin 5-də Brüsseldə keçirilmiş Ermənistan-Aİ-ABŞ yüksək səviyyəli görüşündə əldə olunmuş razılaşmaların həyata keçirilməsinin vacibliyi qarşılıqlı qeyd olunub.

 

“Tərəflər səmərəli əməkdaşlıqdan məmnunluq ifadə ediblər və bu istiqamətdə ardıcıl addımların atılmasının vacibliyini vurğulayıblar”, – məlumatda deyilir.