NATO 1000 hərbçi ilə təlim keçirir

NATO-nun 12 ölkəsindən minə yaxın hərbçi Polşanın Baltik sahillərində keçirilən təlimlərdə iştirak edir.

 

Viral.az xəbər verir ki, “EURETEX 24” taktiki təlimi iki ildən bir keçirilir.

Son Yazılar:

 

Məlumata görə, iki həftəlik təlimdə Almaniya, İspaniya, Polşa, İtaliya, Rumıniya, Çexiya, Danimarka, Belçika, Macarıstan, Estoniya, Litva, ABŞ-dan olan əsgərlər iştirak edirlər.

 

Təlim zamanı hərbi qulluqçular hərbi mühəndislik, dalğıc, partlayıcı maddələrin zərərsizləşdirilməsi, kimyəvi və bioloji müdafiə, həmçinin meteorologiya və okeanoqrafiya kimi tapşırıqları yerinə yetirəcəklər.