UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.
Viral.az xəbər verir ki, mərasimdə Azərbaycan təmsilçiləri “Sumqayıt” və “Sabah”ın da rəqibləri müəyyənləşib.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
“Gənclik şəhəri” təmsilçisi bu mərhələdə Macarıstanın “Fehervar” komandası ilə qarşılaşacaq.
Bakı klubu isə İsrail təmsilçisi “Makkabi” (Hayfa) ilə üz-üzə gələcək. Samir Abasovun baş məşqçisi olduğu kollektiv ilk oyunu evdə, Krnoslav Renduliçin komandası isə səfərdə keçirəcək.
Qeyd edək ki, II təsnifat mərhələsinin görüşləri iyulun 25-də və avqustun 1-də oynanılacaq.