AVRO-2024: Almaniya qələbə qazandı 

Futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunda növbəti oyun keçirilib.

 

Viral.az xəbər verir ki, A qrupunun ilk görüşündə Almaniya və Macarıstan yığmaları üz-üzə gəlib. Matç almanların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Camal Musiala və İlkay Gündoğan vurublar.

Son Yazılar:

 

Bu nəticədən sonra xallarını 6-ya çatdıran Almaniya millisi liderdir.

 

A qrupunun digər görüşündə İsveçrə Şotlandiyanı sınağa çəkəcək. Matç 23:00-da start götürəcək.

 

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.