Avropa komissarı Bakıya səfər edəcək 

Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra iyunun 20-də Bakıya səfər edəcək.

 

Viral.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi məlumat yayıb.

Son Yazılar:

 

O, noyabrda ölkədə keçiriləcək COP29 konfransına hazırlıqla bağlı görüşlər keçirmək üçün Bakıda olacaq.

 

Bildirilib ki, komissar Hoekstra COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və COP29-un təmsilçiləri ilə görüşəcək. O, həmçinin energetika naziri Pərviz Şahbazov və xarici işlər naziri Ceyhun Bayramovla ikitərəfli görüşlər keçirəcək.

 

Komissar Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə də fikir mübadiləsi aparacaq.