Putinə ov iti hədiyyə etdi

Şimali Koreya (KXDR) lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinə iki ov iti hədiyyə edib.

 

Viral.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Son Yazılar:

 

Məlumata görə, hədiyyə edilən itlər Şimali Koreyanın nadir “Pungsan” cinsindəndir.

 

Kim Çen In həmçinin Vladimir Putini KXDR-in ən yüksək dövlət mükafatı – Kim İr Sen ordeni ilə təltif edib. Mükafatlandırma mərasimi iyunun 19-da Pxenyanda baş tutub.