Moskva gözləyir ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) platformasının regional təhlükəsizliyin təmin edilməsi məsələlərində əməkdaşlıq üçün hər cür imkanlar yaratdığını anlayacaq.
Viral.az-ın məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın KTMT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməməsini RİA Novosti-yə şərh edərkən bildirib.
Xatırladaq ki, KTMT-nin Xarici İşlər Nazirləri Şurasının iclası sabah Almatıda keçirləcək.
Son Yazılar:
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
- “Yalı çapkını” final edə bilər
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
“Erməni tərəfdaşlarımız və biz müttəfiq olaraq qalırıq. Biz gözləyirik ki, İrəvan regional təhlükəsizliyin təmin edilməsinin ən effektiv metodunun regional dövlətlər arasında əməkdaşlıq olduğunu və KTMT platformasının bunun üçün hər cür imkanlar yaratdığını anlayacaq”, – Qaluzin bildirib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iyunun 21-də Qazaxıstanın paytaxtı Almatıda keçiriləcək iclasında iştirak etməyəcək.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
Qazaxıstanın sədrliyi ilə keçiriləcək iclasda KTMT-yə üzv ölkələrin xarici işlər nazirlərinin beynəlxalq prosesləri, regiondakı vəziyyəti, xarici siyasət sahəsində koordinasiyanın gücləndirilməsi mexanizmlərini müzakirə edəcəkləri planlaşdırılır. Nazirlər təşkilat çərçivəsində çoxşaxəli əməkdaşlığın nəticələrinə baxacaqlar. Şuranın KTMT Kollektiv Təhlükəsizlik Şurasının bu il noyabrın 28-də keçiriləcək növbəti sessiyası zamanı təsdiq üçün təqdim olunacaq bir sıra qərar layihələrini təsdiqləyəcəyi gözlənilir.
2024-cü ilin fevralında Ermənistan KTMT-yə üzvlüyünün dondurulduğunu elan edib və daha sonra təşkilata üzvlük haqqını ödəməkdən də imtina edib. İyunun 12-də baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı Ermənistanın gələcəkdə KTMT-dən çıxması ehtimalını istisna etməyib.