Türkiyə daha 5 terrorçunu zərərsizləşdirdi

“Bozdoğan” antiterror əməliyyatının növbəti mərhələsi çərçivəsində Türkiyənin Van və Batman vilayətlərində qadağan olunmuş təşkilatların beş silahlısı zərərsizləşdirilib.

 

Viral.az bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın sosial şəbəkələrdəki paylaşımına istinadla xəbər verir.

Son Yazılar:

 

Nazirin verdiyi məlumata görə, məhv edilən terrorçuların bir neçəsinin adları Türkiyə DİN-in xətti ilə axtarışda olan xüsusi təhlükəli cinayətkarların siyahısında olub.

 

A.Yerlikaya yazıb: “Bozdoğan” əməliyyatının 43-cü mərhələsində iştirak edən jandarm qoşunlarının xüsusi təyinatlı əsgərləri ilə terrorçular arasında Ağrı vilayətinin Doğubeyazit bölgəsi və Batmanın Palamut kəndi yaxınlığında atışma başlayıb. Müqavimət göstərən cinayətkarların koordinatları ATAK hücum helikopterlərinin ekipajlarına ötürülüb. Bundan əlavə, pilotsuz uçan aparatlarla da zərbələr endirilib”.

 

Türkiyə DİN-in rəhbəri ölkənin hüquq-mühafizə orqanlarının terrorizmin kökünü tamamilə kəsmək əzmini vurğulayıb.