Moskva yaxın vaxtlarda Ermənistanın Zəngəzur bölgəsinin Qafan şəhərində Rusiyanın baş konsulluğunun açılmasını gözləyir.
Viral.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov deyib.
“Ermənistanda baş konsulluğun açılması və Maldiv adalarında baş konsulluğun açılması ilə bağlı sərəncamlar verilib. İndi İndoneziyanın Bali adasında baş konsulluq açılacaq. Hazırda bu istiqamətdə işləyirik. Ümumiyyətlə, bu, kifayət qədər böyük təşkilati-texniki işdir”, – deyə nazir müavini qeyd edib.
Son Yazılar:
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
- Əhaliyə vacib XƏBƏRDARLIQ – Dünən gecədən başlayıb, 1 həftə davam edəcək
- 2024-cü ildə rekord sayda humanitar işçi ölümü qeydə alınıb
Ermənistanda baş konsulluğun açılmasının təxmini müddətinə dair aydınlaşdırıcı suala cavab olaraq diplomat bunun “yaxın gələcəkdə” gözlənildiyini bildirib.