Çinin “SF Airlines” aviaşirkəti iyulun 20-dən etibarən Urumçini Tiflislə birləşdirən yeni beynəlxalq hava yük marşrutu açacaq.
Viral.az xəbər verir ki, bu barədə Tiflis hava limanının idarəedici şirkəti “TAV Georgia” məlumat yayıb.
Son Yazılar:
- Ata öldü, qızı və nəvələri YARALANDI
- Azərbaycanlı müğənni toy günü 6 saat liftdə qaldı
- “Kilolu olanda mənə “inək” yazanlar indi…”
Urumçi Çinin qərbindəki Sincan-Uyğur muxtar bölgəsinin paytaxtı və əsas sənaye mərkəzidir.
Yeni marşrut üzrə uçuşlar həftədə bir dəfə hər iki istiqamətdə B757 yük təyyarələri ilə həyata keçiriləcək. Avqustun 24-dən tezlik həftədə iki dəfəyə qədər artacaq.
Yük daşımalarının proqnozlaşdırılan həcmi dəqiqləşdirilməyib. Yeni marşrutun dəqiq hansı mallara xidmət edəcəyi də bəlli deyil.