Son bir ay ərzində Fransa hökuməti bizə Yeni Kaledoniyada çox çətin günlər yaşadıb.
Viral.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Təşəbbüs Qrupu tərəfindən iyunun 20-də BMT-də müstəmləkəçiliyə qarşı mübarizəyə dair keçiriləcək konfransda iştirak edəcək Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest deyib.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Onun sözlərinə görə, hazırda bölgədə çoxsaylı hərbçilər var və bütün bunlar əhaliyə, əsasən də qadınlara, uşaqlara neqativ təsir göstərir.
Xarici işlər naziri bildirib ki, Yeni Kaledoniya xalqı Fransa polisinin zorakılığı ilə üzləşib. “Bu məsələni beynəlxalq səviyyədə qaldırmaq üçün bu gün buradayıq, Bakı Təşəbbüs Qrupu ilə birlikdə nə edə biləcəyimizi nəzərdən keçiririk. Bu gün burada olmaq bizim üçün çox vacibdir Yeni Kaledoniya BMT-nin dekolonizasiya siyahısındadır. Biz Fransanı Yeni Kaledoniya xalqının hüquqlarını tanımağa, beynəlxalq hüquqa hörmət etməyə çağırırıq”, – deyə Mikael Forrest qeyd edib.