Əhalimiz yoxa çıxa bilər – Koreya prezidenti

Cənubi Koreya prezidenti Yun Seok Yeol demoqrafik problemlərə görə milli fövqəladə vəziyyət elan edib.

 

Viral.az “Yonhap”a istinadən xəbər verir ki, bunu prezidentin özü açıqlayıb.

Son Yazılar:

 

“Bu, əhalinin azalması ilə əlaqədardır ki, ölkə rəhbərliyi bu təhlükəni aradan qaldırmaq üçün kompleks tədbirləri gücləndirir”, – o qeyd edib.

 

“Bu gün mən rəsmi olaraq milli demoqrafik fövqəladə vəziyyət elan edirəm”, – prezident əlavə edib.

 

Agentliyin məlumatına görə, ölkə lideri pessimist proqnozlar fonunda bəyanatla çıxış edib ki, tendensiya dəyişməsə, respublika əhalisi sonda yoxa çıxa bilər.