FİFA milli komandaların reytinqini açıqladı: Azərbaycan bir pillə irəlilədi

FİFA milli komandaların yeni dünya reytinqini təqdim edib.

Viral.az xəbər verir ki, reytinq cədvəlinə 1860.14 xalla son dünya çempionu Argentina millisi liderlik edir.

Fransa 1837.47 xalla 2-ci, Belçika 1797.98 xalla 3-cüdür.

Son Yazılar:

1179.88 xala malik olan Azərbaycan millisi 111-ci sıradadır. Komandamız bir pillə irəliləyib.

Xatırladaq ki, Azərbaycan millisi bu ay iki yoxlama oyunu keçirib, birində udub, digərində uduzub.