Hacıqabulda 14 yaşlı qız evlənmək məqsədi ilə QAÇIRILDI

Hacıqabulda yeniyetmə qız qaçırılıb.

 

Viral.az-ın məlumatına görə, hadisə Hacıqabul rayonunun Meyniman kəndində baş verib.

Son Yazılar:

 

14-15 yaşlı qızın velosipedlə yol kənarına gəldiyi, orada velosipedi saxlayaraq maşına əyləşdiyi, avtomobilin rayon mərkəzinə doğru hərəkət etdiyi bildirilir. Onun ailə qurmaq məqsədi ilə qaçırıldığı iddia olunur.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya bildirib ki, bununla bağlı rayon Polis Şöbəsinə məlumat daxil olub. Hazırda araşdırmalar aparılır. Əlavə məlumat veriləcək.