Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Bu barədə Viral.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Son Yazılar:
- Goranboyda sevgilisi qadını bıçaqladı, avtomobillə üzərindən KEÇDİ
- “Embawood”un şöbə rəisi arvadını öldürmüşdü: 1 il həbs VERİLDİ
- Azərbaycan Dəmir Yolları: Əməyin mühafizəsi və ətraf mühitin qorunmasında yeni yanaşmalar
Ümumilikdə bayram günlərində 1591 reys həyata keçirilib, 47 min 306 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Qeyd edilən tarixlərdə xətlərə əlavə 200-yə yaxın avtobus buraxılıb.
Marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub. Biletlər avtovağzalın əvvəlcədən və gündəlik satış kassalarından, eləcə də //biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.